Bolqarıstan dəniz nəqliyyatına məhdudiyyətlər tətbiq edib
Bolqarıstanın “Dəniz Administrasiyası” İcra Agentliyi Rumıniyada baş verən dəniz dronu insidentindən sonra ölkənin ərazi sularında turist daşımalarına müvəqqəti məhdudiyyət qoyub.
Ajans.az xəbər verir ki, qurumun açıqlamasında bildirilir ki, mövsümi sərnişin gəmilərinin fəaliyyəti dayandırılıb, həmçinin balıqçılara vəziyyət aydınlaşana qədər dənizə çıxmamaq tövsiyə olunub.
Qərar ərazi sularında Ukrayna mənşəli ola biləcək dəniz dronlarının mövcudluğu ehtimalı ilə əlaqələndirilib.
Mövzular: