Reklam resmi
Reklam resmi

Simonyan Rusiyanı səhvləri təkrarlamamağa çağırdı

Simonyan Rusiyanı səhvləri təkrarlamamağa çağırdı
Dünya

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Rusiyanın İrəvana qarşı mümkün iqtisadi təzyiqinin əks nəticə verə biləcəyini bildirib.

Ajans.az xəbər verir ki, bu barədə Factor TV-yə müsahibəsində danışıb.

Simonyanın sözlərinə görə, Moskvanın seçdiyi yanaşma Ermənistanda istənilən nəticəni verməyəcək və əks təsir göstərəcək.

“Dostcasına bir məsləhət vermək istəyirəm: onların seçdiyi hərəkət tərzi Ermənistanda işləməyəcək və əks effekt yaradacaq. Rusiyanı keçmişdə buraxdığı səhvləri təkrarlamamağa çağırıram”, – deyə o vurğulayıb.

Parlament sədri qeyd edib ki, Ermənistan tərəfi münasibətlərin gərginləşməsində maraqlı deyil. Bununla belə, o bildirib ki, iqtisadi təzyiq davam edərsə, ölkə yaranacaq problemlərin həlli yollarını tapacaq.

Simonyan Qarabağda baş verən hadisələri, Rusiya sülhməramlılarının fəaliyyətini və bəzi Rusiya televiziya kanallarının davranışını xatırladaraq, bu addımların Ermənistan cəmiyyətində Rusiyaya münasibəti daha da mənfi istiqamətdə dəyişdirdiyini deyib.

“Belə addımlar Ermənistan hakimiyyətini deyil, Rusiya tərəfini Ermənistan xalqından uzaqlaşdırır. Çünki Ermənistanda hakimiyyəti xalq formalaşdırır”, – deyə o əlavə edib.

Ermənistanın xarici siyasət kursunun bu vəziyyətə səbəb olması ilə bağlı iddialara münasibət bildirən Simonyan Rusiyanın oxşar yanaşmanı digər ölkələrə qarşı da tətbiq etdiyini qeyd edib.

“Biz buna cavab olaraq hər hansı siyasi addım atmırıq”, – deyə parlament sədri bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Nikol Paşinyan Rusiya

Digər Xəbərlər