Reklam resmi
Reklam resmi

Dilan və Engin Polat cütlüyünə oteldə silahlı HÜCUM EDİLDİ

Dilan və Engin Polat cütlüyünə oteldə silahlı HÜCUM EDİLDİ
Dünya

Türkiyəli tanınmış blogger Dilan Polat və Engin Polat cütlüyünün qaldığı oteldə silahlı hücum baş verib.

Ajans.az-ın əldə etdiyi məlumata görə, sosial media fenomenləri Dilan və Engin Polatın Alaçatıda keçirdikləri tətil zamanı qaldıqları oteldə baş verən silahlı hücum zamanı Engin Polatın əmisi oğlu olan və eyni zamanda cütlüyün mühafizəçisi kimi çalışan 37 yaşlı Can Polat ağır yaralanıb.

Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Can Polatın həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçaraq gizlənib.

Faktla bağlı araşdırma davam etdirilir.

Dilan Polatın hadisə zamanı kömək istədiyi görüntüləri sosial şəbəkələrdə yayılıb.
View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Dilan Polat Engin Polat otel hücum

Digər Xəbərlər