Reklam resmi
Reklam resmi

Həyat yoldaşını və qayınanasını öldürərək EVİ YANDIRIB

Həyat yoldaşını və qayınanasını öldürərək EVİ YANDIRIB
Dünya

Rusiyanın Başqırdıstan Respublikasında 68 yaşlı kişi həyat yoldaşını və qayınanasını qətlə yetirməkdə, həmçinin yaşayış evini qəsdən yandırmaqda ittiham olunur.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən ilin may ayında baş verib. İstintaqın versiyasına əsasən, sərxoş vəziyyətdə olan ər-arvad arasında mübahisə yaranıb. Şəxsi ədavət zəminində kişi həyat yoldaşının və mənzilin dəhlizinin üzərinə benzin tökərək onları yandırıb.

Nəticədə qadın və onun 86 yaşlı anası aldıqları ağır yanıq xəsarətlərindən həyatlarını itiriblər.

Yanğın yaşayış evinin tamamilə məhv olmasına səbəb olub. Alov yaxınlıqdakı tikiliyə də ziyan vurub. İlkin hesablamalara görə, ümumi maddi zərər 720 min rubldan çoxdur.

Təqsirləndirilən şəxs ittihamları qəbul etmir. Cinayət işi üzrə istintaq tamamlanıb və materiallar baxılması üçün məhkəməyə göndərilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Başqırdıstan Respublikası qətl

Digər Xəbərlər