ABŞ Litvadan hərbçilərini çıxarır
ABŞ Litvada yerləşdirilmiş hərbi kontingentinin növbəti rotasiya müddətinin başa çatması ilə əlaqədar ölkədən çıxarılmasına başlayıb.
Ajans.az xəbər verir ki, 1000-dən çox amerikalı hərbçi və hərbi texnika Litvanı tərk edir. Bununla yanaşı, ölkə əvvəlki kontingenti əvəz edəcək yeni ABŞ hərbçilərini qəbul etməyə hazırlaşır.
Bununla belə, Vaşinqtonun Avropadakı hərbi planlarını yenidən nəzərdən keçirməsi səbəbindən növbəti yerləşdirmənin dəqiq vaxtı və şəxsi heyətin sayı hələ müəyyən edilməyib.
Mövzular: