Reklam resmi
Reklam resmi

Keçmiş Google rəhbəri 10 milyon dollardan çox təzminat QAZANIB

Keçmiş Google rəhbəri 10 milyon dollardan çox təzminat QAZANIB
Dünya

Keçmiş Google rəhbəri Erik Şmidt keçmiş sevgilisi Mişel Ritter tərəfindən ona qarşı irəli sürülən cinsi təcavüz iddiaları ilə bağlı arbitraj prosesində qalib gəlib. Qərara əsasən, Ritter Şmidtə 10,7 milyon dollar məbləğində təzminat ödəməlidir.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, işə baxan təqaüddə olan hakim Bet Andrus Mişel Ritterin Şmidtə qarşı səsləndirdiyi ittihamların əsassız və qəsdən böhtan xarakterli olduğu qənaətinə gəlib. Arbitraj qərarında Ritterin irəli sürdüyü cinsi təcavüz iddialarının həqiqəti əks etdirmədiyi qeyd olunub.

Məhkəmə sənədlərinə əsasən, Ritter daha əvvəl imzaladığı razılaşmada Şmidt ilə münasibətlərinin qarşılıqlı razılıq əsasında baş verdiyini və heç bir məcburiyyətin olmadığını təsdiqləyib.

Mişel Ritter 2024-cü ildə məhkəməyə müraciət edərək Şmidti bir neçə dəfə cinsi zorakılıq törətməkdə, izləməkdə və şəxsi həyatına müdaxilə etməkdə ittiham etmişdi. Şmidt isə bütün ittihamları qəti şəkildə rədd etmişdi.

Arbitraj məhkəməsinin qərarında Ritterin ittihamlarını ictimai platformalarda yayması da tənqid olunub. Hakim bu cür əsassız iddiaların həqiqi zorakılıq qurbanlarının ədalət axtarışına zərər vurduğunu vurğulayıb.

Bununla yanaşı, Mişel Ritter yeni açıqlamasında arbitraj qərarı ilə razılaşmadığını bildirib. O, qərarı "yalan və böhtan xarakterli" adlandıraraq, sübutlarını tam şəkildə təqdim etmək imkanı əldə etmədiyini iddia edib.

Qeyd edək ki, yekun arbitraj qərarının yaxın həftələrdə açıqlanacağı və təzminat məbləğinin daha da arta biləcəyi istisna olunmur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Google Eric Schmidt Erik Şmidt Ritter Şmidt

Digər Xəbərlər