Reklam resmi
Reklam resmi

Serbiya Avropa İttifaqına üzvlükdən İMTİNA ETDİ?

Serbiya Avropa İttifaqına üzvlükdən İMTİNA ETDİ?
Dünya

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin mümkün xarici təzyiqlərə baxmayaraq, Avropa İttifaqına üzvlük istiqamətindəki kursunu davam etdirəcəyini bəyan edib.

Ajans.az xəbər verir ki, Vuçiç bu barədə Bloomberg agentliyinə müsahibəsində danışıb.

"Biz Avropa İttifaqına inteqrasiya yolundayıq və hansı təzyiqlə üzləşsək də, bu yoldan dönməyəcəyik", – Serbiya lideri bildirib.

Onun sözlərinə görə, Belqrad üzvlük üçün tələb olunan meyarları yerinə yetirmək istiqamətində fəaliyyətini davam etdirəcək və Avropa inteqrasiyası sahəsində üzərinə düşən öhdəlikləri icra edəcək.

Vuçiç vurğulayıb ki, Serbiya Avropa İttifaqına qoşulmaq məqsədindən əl çəkməyəcək və bu istiqamətdə islahatları davam etdirəcək.

Qeyd edək ki, Serbiya uzun illərdir Avropa İttifaqına namizəd ölkə statusuna malikdir və üzvlüklə bağlı danışıqlar aparır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Serbiya Avropa İttifaqı Aleksandar Vuçiç

Digər Xəbərlər