Reklam resmi
Reklam resmi

Mağaza işçisi pişik balalarını boğub ÖLDÜRDÜ-FOTO

Mağaza işçisi pişik balalarını boğub ÖLDÜRDÜ-FOTO
Dünya

Rusiyanın Stavropol diyarında yerləşən Svetloqrad şəhərində “Magnit” supermarketinin əməkdaşının sahibsiz pişik balalarını öldürməkdə şübhəli bilindiyi bildirilir.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yerli sakin mağazanın yaxınlığında içində pişik balaları olan qutu tapıb və onlar üçün sahiblər tapmaq məqsədilə sosial şəbəkələrdə və müxtəlif çat qruplarında paylaşım edib. Könüllülər heyvanları götürmək üçün hadisə yerinə gəlsələr də, həmin vaxt pişik balalarının artıq öldüyü məlum olub.

Şahidlərin sözlərinə görə, mağaza yaxınlığında olan uşaqlar əməkdaşın heyvanlarla qəddar davrandığını görüblər və bu barədə böyüklərə məlumat veriblər. Daha sonra yerli sakinlər mağazaya gəliblər. İddialara əsasən, mağaza müdiri baş verənləri etiraf edib.

Hazırda Stavropol diyarı polisi hadisə ilə bağlı araşdırma aparır. Yerli mənbələrin məlumatına görə, şübhəli əməkdaş işdən uzaqlaşdırılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Stavropol “Magnit” supermarketi

Digər Xəbərlər