Kiyevdə ölən və yaralananların sayı artdı
Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi hava hücumu nəticəsində xəsarət alanların sayı 56 nəfərə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Məlumata görə, dağıntılar altından çıxarılan və xəstəxanalara müraciət edənlərin sayı artdıqca yaralıların ümumi sayı 56-ya yüksəlib, hücum nəticəsində 2 nəfər isə həlak olub. Hadisə yerlərində axtarış-xilasetmə işləri davam etdirilir.
Mövzular: