Reklam resmi
Reklam resmi

Əfqanıstanda qadınlarda evlilik razılığı OLMAYACAQ?

Əfqanıstanda qadınlarda evlilik razılığı OLMAYACAQ?
Dünya

Əfqanıstan qızlar üçün minimum evlilik yaşının ləğvi ilə bağlı mediada yayılan xəbərləri təkzib edib və onları uydurma adlandırıb.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Ali Liderinin mətbuat katibi Zəbihullah Mücahid “Ariana” xəbər portalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ali Lider Heybətullah Axundzadə əvvəlcədən qızın razılığı olmadan evliliyi qadağan edən fərman imzalayıb.

Mücahid qeyd edib ki, İslam qanunlarına qarşı yönələn tənqidlər yeni deyil və bu məsələyə xüsusi diqqət yetirilməməlidir. O, həmçinin bildirib ki, yeni qaydalar məhdudiyyətsiz hüquqlar vermir, lakin ailə mübahisələrinin həllində məhkəmə prosedurlarını sadələşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, 21 mayda “The Times” qəzeti Əfqanıstan hakimiyyətinin qızlar üçün minimum evlilik yaşını ləğv etdiyini yazmışdı. İnsan haqları fəalı Horia Mosadiq isə yeni qaydanın qızın yetkinlik yaşına çatdıqdan sonra evlənməsinə imkan verdiyini iddia etmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Əfqanıstan evlilik

Digər Xəbərlər