Bu aeroport fəaliyyətini BƏRPA EDİR
Küveyt Beynəlxalq Hava Limanı iyunun 1-dən etibarən fəaliyyətini mərhələli şəkildə bərpa edəcək.
Ajans.az xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Şeyx Həmud Mubarək əs-Sabah bildirib.
O qeyd edib ki, hava limanının əməliyyat infrastrukturu və sistemlərində aparılan təmir və yenidənqurma işləri artıq başa çatıb, həmçinin aeroportun texniki hazırlıq səviyyəsi artırılıb.
Mövzular: