Reklam resmi
Reklam resmi

Almaniyada GÜCLÜ PARTLAYIŞ: Yaşayış binaları DAĞILIB

Almaniyada GÜCLÜ PARTLAYIŞ: Yaşayış binaları DAĞILIB
Dünya

Almaniyanın Görlitz şəhərində baş verən güclü qaz partlayışı nəticəsində bir neçə yaşayış binası ciddi ziyan görüb, çox sayda insan yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə güclü partlayış səsi eşidilib, daha sonra isə binalardan biri çöküb. Nəticədə tarixi tikililərin yerləşdiyi ərazidə böyük dağıntı yaranıb.

Polis və xilasedicilərin məlumatına əsasən, dağıntılar altında beş nəfərə qədər insanın qala biləcəyi ehtimal olunur. Hadisə yerində yanğınsöndürən briqadalar, polis əməkdaşları, ağır texnika və xüsusi təlim keçmiş it dəstələri çalışır.

Görlitz şəhərinin meri Oktavyan Ursu bildirib ki, ilkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisədən sonra ərazidə bütün kommunal xidmətlər dayandırılıb. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı üç binanın sakinləri təxliyə edilib. Yerli hakimiyyət onların müvəqqəti yaşayış yeri ilə təmin olunacağını açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Görlitz şəhəri

Digər Xəbərlər