Reklam resmi
Reklam resmi

Rusiyada DƏHŞƏTLİ QƏTL: Sevgilisinin boğazını KƏSİB

Rusiyada DƏHŞƏTLİ QƏTL: Sevgilisinin boğazını KƏSİB
Dünya

Moskva sakini olan qadın sevgilisi tərəfindən öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, 38 yaşlı Mariya bu ilin fevral ayında ərini tərk edərək Aleksey S. adlı şəxslə birlikdə yaşamağa başlayıb. Bildirilir ki, cütlük rəsmi olaraq boşanmasa da, bir müddətdir bir-biri ilə əlaqə saxlamayıb.

Məlumata əsasən, qadının əri uzun müddət ondan xəbər ala bilmədiyi üçün bu gün polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının Alekseyin mənzilində olduğunu müəyyən ediblər.

Daha sonra qadının meyiti həmin mənzildə boyun nahiyəsindən bıçaq xəsarəti ilə aşkarlanıb.

Şübhəli şəxs saxlanılıb. Ona qarşı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılması gözlənilir. Yerli mediaya görə, onu 15 ilədək həbs cəzası gözləyir.

Faktla bağlı Moskva İstintaq Komitəsi tərəfindən araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Moskva hadisə

Digər Xəbərlər