Çində GÜCLÜ ZƏLZƏLƏ: 7 mindən çox insan təxliyə edilib
Çinin Quansi-Çjuan Muxtar Bölgəsində baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində 7 mindən çox insan təxliyə olunub.
Ajans.az “Nanfang Ribao” nəşrinə istinadən xəbər verir ki, üç nəfər itkin düşüb.
Zəlzələ nəticəsində azı 13 yaşayış binasına ciddi ziyan dəyib, dörd nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Çin Zəlzələ Administrasiyası hadisə ilə əlaqədar dörd səviyyəli fövqəladə reaksiya sistemində üçüncü səviyyəni aktivləşdirib.
Zəlzələ mayın 18-nə keçən gecə baş verib. Yeraltı təkanların episentri Liuçjou şəhərinin Liunan rayonunda, təxminən 8 kilometr dərinlikdə qeydə alınıb. Şəhərdə 4 milyondan çox insan yaşayır.
Mövzular: