Ajans.az CNN-ə istiandən xəbər verir ki, prezident Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə Vaşinqtonun Tehrana qarşı potensial addımlarını müzakirə edib.
Məlumata əsasən, görüş Virciniya ştatında yerləşən qolf klubunda keçirilib. İclasda vitse-prezident J.D. Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və prezidentin xüsusi elçisi Stiv Vitkoff iştirak ediblər.
Bildirilir ki, prezident yaxın günlərdə milli təhlükəsizlik komandası ilə yenidən görüş keçirməyi planlaşdırır.
CNN qeyd edir ki, Tramp İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarı verərsə, Pentaqon artıq bir neçə mümkün hücum planı hazırlayıb. Bu planlara İranın enerji obyektləri və digər mühüm infrastrukturunun hədəfə alınması daxildir.