Reklam resmi
Reklam resmi

Ukraynanın şəhər merinə HÜCUM

Ukraynanın şəhər merinə HÜCUM
Dünya

Ukraynanın Lvov şəhərinin mərkəzində mer Andriy Sadovıyın iştirakı ilə insident baş verib.

Ajans.az “Channel 24” telekanalına istinadən xəbər verir ki, hadisə mayın 15-də şəhərin Rınok meydanında qeydə alınıb. Bildirilir ki, yoldan keçən şəxs merin üzərinə naməlum maye atıb.

Məlumata əsasən, hücum nəticəsində Sadovıy zəhərlənib. Hadisədən dərhal sonra polis şübhəlini müəyyən edərək saxlayıb. Onun 46 yaşlı yerli sakin olduğu qeyd olunur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Lvov şəhəri

Digər Xəbərlər