Məşhur qalmaqallı jurnalist MƏHKUM EDİLİB
Moskva məhkəməsi keçmiş “Kommersant” jurnalisti Vladimir Solovyov barədə qiyabi hökm çıxarıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, jurnalist üç il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Solovyov Rusiya Cinayət Məcəlləsinin 284.1-ci maddəsi üzrə – “Rusiya Federasiyasında fəaliyyəti arzuolunmaz hesab edilən xarici və ya beynəlxalq təşkilatın fəaliyyətində iştirak” – təqsirli bilinib.
İstintaqın versiyasına görə, jurnalist Karnegi Fondu ilə əməkdaşlıq edib və onun məqalələri mütəmadi olaraq təşkilatın rəsmi saytında dərc olunub.
Mövzular: