Reklam resmi
Reklam resmi

İran Oman körfəzində "üzən arsenal"ı ələ keçirib

İran Oman körfəzində \"üzən arsenal\"ı ələ keçirib
Dünya

Özəl mühafizə şirkətləri tərəfindən Oman körfəzində özünəməxsus "üzən arsenal" kimi istifadə olunan gəmi İranın Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilərək İranın ərazi sularına doğru istiqamətləndirilib.

Ajans.az xəbər verir ki, bu barədə BBC telekanalı dəniz risklərinin idarə edilməsi üzrə ixtisaslaşan "Vanguard" şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Honduras bayrağı altında üzən "Hui Chuan" gəmisindən gedir. Qeyd olunub ki, gəmi operatorları onu ticarət gəmilərini dəniz quldurlarından qoruyan şirkətlər üçün sursat və hərbi avadanlıq anbarı kimi istifadə etdiklərini təsdiqləyiblər.

Mövzular:
İran oman hücum

Digər Xəbərlər