Reklam resmi
Reklam resmi

Şahzadə Diananın məktubu hərraca ÇIXARILIR

Şahzadə Diananın məktubu hərraca ÇIXARILIR
Dünya

Böyük Britaniyanın mərhum şahzadəsi Diananın gənclik illərində yazdığı və peşəkar rəqqas olmaq arzusunu əks etdirən məktub Londonda hərraca çıxarılacaq.

Ajans.az xəbər verir ki, bu barədə The Independent qəzeti 13 may tarixində məlumat yayıb. Bildirilir ki, Diana Spenser məktubu 1978-ci ildə, 17 yaşında olarkən qələmə alıb. Bu, onun hazırkı kral III Çarlzla münasibətlərinə başlamasından bir il əvvəlki dövrə təsadüf edir.

İki səhifədən ibarət məktub Diananın ailə dostu Mildred Leysiyə ünvanlanıb. Məktubda o, atasının insultdan sonra vəziyyəti ilə bağlı məlumat verir və göstərilən dəstəyə görə təşəkkür edir.

Eyni zamanda, gələcək şahzadə həyat planları barədə də danışaraq rəqsə olan böyük marağını ifadə edir. “Rəqs etmək üçün bir yol tapmaq niyyətindəyəm. Həmişə rəqs etmək istəmişəm və bir gün bunda uğur qazanmağa ümid edirəm”, – deyə məktubda qeyd olunur.

Məlumata görə, sənəd Qərbi Londonda yerləşən Çisvik hərrac evində satışa çıxarılacaq. Məktubun təxminən 4000 funt sterlinq (təxminən 5400 ABŞ dolları) dəyərində qiymətləndirildiyi bildirilir.

Qeyd olunur ki, bu məktub şahzadə Diananın və şahzadə Çarlzın toyu ilə bağlı digər xatirə əşyaları ilə birlikdə şəxsi kolleksiyaçı tərəfindən satışa təqdim olunacaq. Həmçinin vurğulanır ki, Diana sonrakı illərdə peşəkar rəqqas Enn Allan ilə rəqs dərsləri alıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya Şahzadə Diana

Digər Xəbərlər