Qalatasaray-ın futbolçusuna kafedə HÜCUM- VİDEO
“Qalatasaray”ın yarımmüdafiəçisi Lukas Torreyra Türkiyənin İstanbul şəhərində yerləşən ticarət mərkəzlərindən birində hücuma məruz qalıb.
Ajans.az A Haber-ə istinadən xəbər verir ki, insident kafenin çıxışına yaxın ərazidə baş verib və futbolçu üçün gözlənilməz olub.
Məlumata görə, hücum edən şəxsin Yusuf Yıldırım olduğu müəyyən edilib. O, futbolçunun olduğu məkanı sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında müəyyən edib və onu izləyib.
Hadisədən sonra Torreyra taksi ilə ərazidən uzaqlaşmağa çalışıb. Hüquq-mühafizə orqanları isə şübhəlini qısa müddətdə saxlayıb. Futbolçu tibbi müayinədən keçib və müvafiq arayış alıb.
Dindirmə zamanı Yıldırım bildirib ki, hadisəyə səbəb Torreyranın onun sevgilisinə göstərdiyi diqqət olub. Futbolçu isə qadının öz sevgilisi olduğunu qeyd edib. Daha əvvəl məhkəmə tərəfindən hücumçunun 45 gün ərzində Torreyraya yaxınlaşmasının qadağan edildiyi bildirilir.