Reklam resmi
Reklam resmi

“Simpsonlar” kruiz gəmisində hantavirus yayılmasını proqnozlaşdırıb?

“Simpsonlar” kruiz gəmisində hantavirus yayılmasını proqnozlaşdırıb?
Dünya

“Simpsonlar” cizgi serialının guya kruiz gəmisində hantavirusun yayılmasını əvvəlcədən göstərməsi barədə iddialar gündəm olub.

Ajans.az Daily Mirrir-a istinadən xəbər verir ki, serialın 2012-ci ildə yayımlanan bir seriyasında kruiz gəmisində qəfil yayılan ölümcül virus səbəbilə sərnişinlər arasında xaos təsvir olunur.

Qeyd olunur ki, “Simpsonlar” son onilliklərdə müxtəlif qlobal hadisələri “proqnozlaşdırması” ilə bağlı dəfələrlə müzakirə mövzusu olub.

Xatırladaq ki, apreldə MV Hondius kruiz gəmisində hantavirusla bağlı yoluxma halları qeydə alınmış, bir neçə nəfərin testi müsbət çıxmış və ölüm halları da baş vermişdi.

Mütəxəssislər isə bildirirlər ki, belə uyğunluqlar daha çox təsadüfi xarakter daşıyır və serialın “proqnozları” elmi əsas hesab edilmir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Simpsonlar ABŞ hantavirus

Digər Xəbərlər