Reklam resmi
Reklam resmi

Pakistan İrana gizli hərbi dəstək EDİR?

Pakistan İrana gizli hərbi dəstək EDİR?
Dünya

Pakistanın İrana məxsus hərbi təyyarələrin öz aerodromlarında yerləşdirilməsinə gizli şəkildə icazə verdiyi iddia olunur.

Ajans.az CBS News-a istinadən xəbər verir ki, İslamabad Tehranla Vaşinqton arasında vasitəçi rolunu oynayaraq İran təyyarələrinin Pakistan ərazisində yerləşdirilməsinə səssiz razılıq verib. Bildirilir ki, bu addım onların mümkün ABŞ hava zərbələrindən qorunmasına xidmət edə bilər.

Mənbələrin iddiasına görə, ABŞ prezidenti Donald Trampın aprel ayında İranla atəşkəs elan etməsindən sonra Tehran bir neçə hərbi təyyarəni Pakistanın Nur Xan aviabazasına yerləşdirib. Təyyarələr arasında kəşfiyyat məqsədli RC-130 BBG modelinin də olduğu bildirilir.

Həmçinin qeyd olunur ki, bəzi İran mülki təyyarələri əvvəlcə Kabilə yönləndirilib, daha sonra isə bölgədə gərginliyin artması fonunda Herat hava limanına köçürülüb.

Rəsmi İslamabad və Tehran bu iddialarla bağlı hələlik açıqlama verməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Pakistan İran

Digər Xəbərlər