Reklam resmi
Reklam resmi

Rusiyada məktbdə silahlı HÜCUM: Şagird 2 nəfəri YARALADI

Rusiyada məktbdə silahlı HÜCUM: Şagird 2 nəfəri YARALADI
Dünya

Rusiyanın Krasnodar diyarında doqquzuncu sinif şagirdi məktəbdə atəş açıb.

Ajans.az Mash teleqram kanalına istinadən xəbər verir ki, şagird pnevmatik silahla təhsil müəssisəsinə gəlib və atəş açaraq digər uşaqlara xəsarət yetirib. Hadisədən sonra o, qaçmağa cəhd etsə də, şəhər küçəsində saxlanılıb.

İlkin məlumata əsasən, insident nəticəsində iki şagird yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Bölgə rəhbərliyi bildirib ki, zərərçəkənlərə həm tibbi, həm də psixoloji yardım göstərilir. Azyaşlının silahı məktəbə necə gətirdiyi araşdırılır.

Prokurorluq faktla bağlı araşdırmaya başlayıb və nəticələrə uyğun tədbirlər görüləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Krasnodar silahlı hücum

Digər Xəbərlər