Bəhreyndə casusluqda şübhəli bilinən 41 nəfər saxlanıldı
Bəhreyndə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə ərəb dövlətinin Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.
Məlumata görə, saxlanılan şəxslər İrana casusluqda ittiham olunurlar.
Qeyd olunur ki, ələ keçirilən şəxslər SEPAH-ın sözügedən ərəb ölkəsində əsas fiqurlarıdır.
Mövzular: