Reklam resmi
Reklam resmi

Əraqçi Hörmüzbağlı şərtlərini açıqlayıb

Əraqçi Hörmüzbağlı şərtlərini açıqlayıb
Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasının sədrinə və quruma üzv ölkələrə ünvanladığı məktubda, ABŞ və Bəhreynin BMT TŞ-yə təqdim etdiyi qətnamə layihəsinə cavab olaraq bildirib ki, Hörmüz boğazında normal keçid müharibənin daimi dayandırılması, eləcə də İran əleyhinə qanunsuz blokada və sanksiyaların aradan qaldırılması şərti ilə bərpa olunacaq.

Ajans.az xəbər verir ki, Əraqçi məktubunda ABŞ və Bəhreynin Hörmüz boğazı ilə bağlı birgə qətnamə layihəsini birtərəfli və natamam sənəd adlandırıb.

O, bölgədə mövcud böhranın əsas səbəbinin ABŞ və İsrailin İrana qarşı hərbi hücumları və qanunsuz addımları olduğunu vurğulayıb.

Mövzular:
əraqçi hörmüz şərt

Digər Xəbərlər