"Hizbullah"-ın 2 mindən çox yaraqlısı öldürülüb
İsrail Müdafiə Ordusu fevralın 28-dən Livanda "Hizbullah" hərəkatının 2 mindən çox yaraqlısını öldürüb.
Ajans.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
""Şir nərəsi" əməliyyatı başlayandan bəri 2 mindən çox "Hizbullah" terrorçusu öldürülüb. Biz hərəkatın darmadağın edilməsi üçün hər bir fürsətdən istifadə edəcəyik", - İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
Mövzular: