Bu ölkədə məktəbə silahlı HÜCUM: ÖLƏNLƏR VAR
Braziliyanın Akko ştatında yerləşən məktəblərdən birində baş verən silahlı hücum nəticəsində iki məktəb işçisi həyatını itirib, bir neçə şagird və əməkdaş yaralanıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatı G1 xəbər portalı yayıb. Bildirilir ki, hücumu törədən şəxs 13 yaşlı məktəblidir və artıq polis tərəfindən saxlanılıb.
Yaralıların sayı və onların vəziyyəti dəqiqləşdirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hərbi polis cəlb olunub.
Baş verənlərdən sonra məktəbdə dərslər cümə gününə qədər dayandırılıb. Hadisənin motivləri araşdırılır.
Mövzular: