Reklam resmi
Reklam resmi

Türkiyədə FACİƏ: 400 qoyun MƏHV OLUNUB

Türkiyədə FACİƏ: 400 qoyun MƏHV OLUNUB
Dünya

Türkiyənin İğdır vilayətində dağlıq əraziyə aparılan qoyun sürüsü arıların hücumuna məruz qalıb. Hadisə sürü təxminən 200 pətəyin yerləşdiyi ərazidən keçərkən baş verib.

Ajans.az Hasret Gazetesi-nə istinadən xəbər verir ki, minlərlə arının hücumundan qorxaraq qaçmağa çalışan heyvanlar suvarma kanalına düşüb və yaranan panika nəticəsində bir-birini tapdalayıb. Nəticədə 400 qoyun tələf olub.

Hadisə zamanı dörd çoban da daxil olmaqla ümumilikdə beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə qoyun

Digər Xəbərlər