Reklam resmi
Reklam resmi

Oktay Çubukdan yeni AÇIQLAMA

Oktay Çubukdan yeni AÇIQLAMA
Dünya

Xəbər verdiyimiz kimi, sonuncu dəfə “Can borcu” serialında rol alan türkiyəli aktyor Oktay Çubukun Portuqaliyanın paytaxtı Lissabonda ürəyi dayanıb.

Ajans.az xəbər verir ki, hadisə aktyor anası Nilhan Çetinyamaç Çubuka yoldaşlıq edərkən baş verib.

Dərhal xəstəxanaya çatdırılan aktyora təcili tibbi yardım göstərilib. Həkimlərin müdaxiləsi nəticəsində onun ürəyi yenidən işə salınıb. İlkin müdaxilədən sonra aktyorun həyati təhlükəsinin aradan qalxıb.

Sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verən tanınmış aktyor bildirib ki, durumu yaxşıdır və bir müddət daha xəstəxanada qalacaq:

“Sağlamlığım yaxşıdır, bir müddət də xəstəxanadayam. Mesajlarınız və xoş arzularınız üçün təşəkkür edirəm”.

Oyuncu-9

Mövzular:
yeraltı aktyor Oktay Çubuk

Digər Xəbərlər