Rusiyada FACİƏ: Ana və 4 uşaq evdə YANDILAR
Rusiyanın Sverdlovsk vilayətində baş verən yanğın faciə ilə nəticələnib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Turinski rayonunun Lenskoye kəndində yerləşən yaşayış evində baş verən yanğın zamanı 35 yaşlı qadın və onun dörd övladı həyatını itirib. Məlumata görə, 8 və 9 yaşlı qızlar, eləcə də 11 və 16 yaşlı oğlanlar alovdan xilas ola bilməyiblər.
Bildirilir ki, uşaqları tək ana böyüdürdü.
Hadisənin başvermə səbəbləri araşdırılır. İlkin ehtimallar arasında yanğın təhlükəsizliyi qaydalarının pozulması və elektrik avadanlıqlarında nasazlıq versiyaları nəzərdən keçirilir.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Uşaqların məktəbin nəzarət siyahısında olduğu da müəyyən edilib.
Mövzular: