İsrail ABŞ-dən yeni qırıcı təyyarələri alacaq
İsrail ABŞ-dən böyük həcmdə F-35 və F-15IA qırıcı təyyarələri almağa hazırlaşır. Ölkə hökumətinin Silahlanma üzrə Satınalma Komitəsi iki yeni eskadrilyanın alınmasını təsdiqləyib.
Ajans.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri İsrael Kats bildirib ki, İrana qarşı hərbi əməliyyatlardan çıxarılan nəticələr ordunun gücləndirilməsini sürətləndirməyi zəruri edir. Onun sözlərinə görə, İsrailin əsas məqsədi rəqiblərini daim qabaqlamaqdır.
Mövzular: