Reklam resmi
Reklam resmi

Tanınmış aparıcı karyerasına SON QOYDU

Tanınmış aparıcı karyerasına SON QOYDU
Dünya
737

Rusiyalı televiziya aparıcısı Nikolay Drozdov səhhəti ilə bağlı narahatlıqlar səbəbindən təqaüdə çıxıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, məşhur aparıcı verminofobiya — xəstələnmək və ya infeksiyaya yoluxmaq qorxusu səbəbindən aktiv fəaliyyətini dayandırıb. Bildirilir ki, o, son vaxtlar nadir hallarda evdən çıxır, görüşlərdən, çəkilişlərdən və ictimai tədbirlərdən uzaq durur.

Qeyd olunur ki, Drozdov son altı ay ərzində bütün çəkiliş təkliflərini rədd edib. Mütəxəssislərin fikrincə, hər hansı infeksiya və ya hətta güclü fiziki və emosional gərginlik onun vəziyyətinə mənfi təsir göstərə bilər.

Hazırda o, həyat yoldaşı ilə birlikdə təqaüd həyatını davam etdirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Nikolay Drozdov

Digər Xəbərlər