Reklam resmi
Reklam resmi

Ermənistanda 8 partiyaya sənədlərin düzəldilməsi TƏLƏB OLUNDU

Ermənistanda 8 partiyaya sənədlərin düzəldilməsi TƏLƏB OLUNDU
Dünya

Ermənistanda səkkiz siyasi partiyaya parlament seçkilərində iştirak üçün təqdim etdikləri sənədlərdəki qeyri-dəqiqlikləri aradan qaldırmaq məqsədilə 48 saat vaxt verilib.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan aprelin 30-da keçirilən növbədənkənar iclasda məlumat verib.

Düzəliş etməli olan partiyalar arasında Milli Demokrat Qütbü, Erməni Milli Konqresi, Respublika, Alyans, Demokratiya, Hüquq və İntizam, “Koçari – Millətin Milli Dirçəlişi və Oyanışı”, “Respublika Naminə” və “Yeni Qüvvə” yer alır.

Bildirilib ki, sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması üçün nəzərdə tutulan bu müddət Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilib. Siyasi partiya və blokların seçkilərdə iştirak üçün qeydiyyat müddəti isə qarşıdakı bazar günü başa çatır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan partiya

Digər Xəbərlər