Reklam resmi
Reklam resmi

Zelenski atəşkəs təklifinə münasibət bildirdi

Zelenski atəşkəs təklifinə münasibət bildirdi
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 9 may tarixində atəşkəs elan edilməsi ilə bağlı təklifinə münasibət bildirib.

Ajans.az xəbər verir ki, bu barədə o, Telegram kanalında qeyd edib.

“Nümayəndələrimizə ABŞ Prezidentinin Donald Trampın komandası ilə əlaqə saxlamağı və Rusiyanın qısamüddətli atəşkəs təklifinin təfərrüatlarını öyrənməyi tapşırmışam”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qələbə Günü münasibətilə qısamüddətli atəşkəs elan etməyə hazır olduqlarını açıqlayıb. Onun beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov isə bildirib ki, ABŞ tərəfi bu təşəbbüsü dəstəkləyib.

Məlumata görə, aprelin 29-da Putin və Tramp arasında telefon danışığı baş tutub. Liderlər sonuncu dəfə martın 9-da əlaqə saxlamışdılar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər