Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı QANUN: Yenilik NƏDƏN İBARƏTDİR?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”i təsdiq edib.
Sazişin təsdiq olunması Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı Azərbaycanda yaşayan Belarus vətəndaşlarına hansı üstünlüklər verəcək.
Məsələ ilə bağlı Ajans.az-ın suallarını vəkil Emil Aslanov cavablandırıb. “Qarşılıqlı olaraq Belarus Respublikasının verdiyi sürücülük vəsiqəsi Azərbaycanda tanınacaq. Hətta müddət bitdikdə Belarus Respublikasından alınmış vəsiqənin Azərbaycan Respublikasında dəyişdirilməsi, həmçinin Azərbaycan Respublikasının verdiyi sürücülük vəsiqəsinin Belarusda dəyişdirilməsi eyni qaydada mümkün olacaq. Bu qarşılıqlı razılaşma iki ölkə vətəndaşlarının işini asanlaşdırmaq üçündür. Digər ölkələrlə də bu cür qarşılıqlı razılaşmaların reallaşdırılması arzuolunandır.”
