Reklam resmi
Reklam resmi

Rusiyaya HÜCUM- İnsanlar təxliyyə EDİLDİ, Uçuşlar təxirə SALINDI

Rusiyaya HÜCUM- İnsanlar təxliyyə EDİLDİ, Uçuşlar təxirə SALINDI
Dünya
1331

Ukrayna PUA-larla Rusiyanın Samara vilayətinə zərbə endirib.

Ajans.az xəbər verir ki, Rusiyanın Samara vilayətinin Sızran şəhəri Ukrayna ordusu tərəfindən dronların hücumuna məruz qalıb, şəhərdə bir yaşayış binasının girişi çöküb.

Dağıntılar altından bir uşaq da daxil olmaqla dörd nəfərin xilas edildiyi, bina sakinlərinin təxliyə edildiyi bildirilir.

Məlumata görə, şəhər boyunca siren və partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri aktiv fəaliyyət göstərib.

Hücum səbəbilə Kurumoç hava limanında məhdudiyyətlər tətbiq edilib və uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Mövzular:
Rusiya Ukrayna Hücum Samara

Digər Xəbərlər