ABŞ İranla bağlı gəmiləri ələ keçirmək istəyir
ABŞ Yaxın Şərqdən kənarda beynəlxalq sularda Tehranla əlaqəli gəmiləri ələ keçirməyi planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.
"Yaxın günlərdə ABŞ ordusu İranla əlaqəli neft tankerlərinin göyərtəsinə çıxamağa və beynəlxalq sularda ticarət gəmilərini ələ keçirməyə hazırlaşır. Bununla da dəniz əməliyyatlarını Yaxın Şərqdən kənara genişləndirir", - deyə məlumatda qeyd olunub.
Mövzular: