Reklam resmi
Reklam resmi

"iPhone 18 Pro"nun qiyməti AÇIQLANDI

\"iPhone 18 Pro\"nun qiyməti AÇIQLANDI
Dünya

2026-cı ildə təqdim olunması gözlənilən "iPhone 18 Pro" seriyası ilə bağlı yeni iddialar gündəmə gəlib.

Ajans.az xəbər verir ki, "Apple" bu dəfə əsas fərqi texniki xüsusiyyətlərdən çox qiymət strategiyası ilə yaratmağı planlaşdırır.

İddialara əsasən, şirkət artan istehsal xərclərinə baxmayaraq qiymətləri sabit saxlamaq niyyətindədir. Belə ki, "iPhone 18 Pro" modelinin 1049 dollar (1700 AZN), "Pro Max" versiyasının isə 1199 dollar (2038 AZN) civarında satışa çıxacağı gözlənilir. Bu addım rəqiblərin qiymət artımına getdiyi bir dövrdə "Apple"a üstünlük qazandıra bilər.

Mövzular:
iphone qiymət pro

Digər Xəbərlər