Pezeşkian: ABŞ vəziyyəti yalnız gərginləşdirir
İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ABŞ-nin təhdid və təzyiqlərinin nəticə vermədiyini, əksinə vəziyyəti daha da gərginləşdirdiyini bildirib.
Ajans.az President.İr-ə isinadən xəbər verir ki, təhdidlərə və hərbi əməliyyatlara əsaslanan yanaşma effektiv deyil və problemlərin həlli üçün yalnız beynəlxalq normalara söykənən diplomatik dialoq zəruridir.
İran prezidenti vurğulayıb ki, Tehran xalqının hüquqlarını qorumaq üçün dialoqu davam etdirməyə hazırdır və bu proses yalnız hüquqi çərçivədə aparılmalıdır.
Onun sözlərinə görə, ekspert səviyyəsində müəyyən irəliləyişlər əldə olunsa da, yekun razılaşmaya ABŞ administrasiyasının həddindən artıq tələbləri və siyasi iradə çatışmazlığı mane olur.
Mövzular: