Reklam resmi
Reklam resmi

Dağıstanda UÇQUN: evlər qar altında QALDI- VİDEO

Dağıstanda UÇQUN: evlər qar altında QALDI- VİDEO
Dünya

Dağıstanın Tsuntinski rayonunun Şaitli kəndində uçqun baş verib. Nəticədə bir qadın və yeddi yaşlı uşaq da daxil olmaqla bir neçə nəfər qar kütləsi altında qalıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, 13 aprel bazar ertəsi səhər saatlarında baş verən hadisə zamanı qar bir neçə evi əhatə edib. Yerli sakinlərin bildirdiyinə görə, insanlar dağıntılar altında qalanları xilas etməyə çalışırlar.

Hazırda əlverişsiz hava şəraiti səbəbindən xilasedicilərin kəndə çatması çətinləşib.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, hadisə barədə ilk xəbərlər səhər saat 08:45 radələrində yayılıb. Bildirilir ki, ərazidə qarın təmizlənməsi və axtarış-xilasetmə işləri davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dağıstan qar

Digər Xəbərlər