Trampdan SƏRT MESAJ: İran danışıqlara qayıtmasa da, fərq etməz
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla danışıqlara qayıtmaq ehtimalına münasibət bildirib və bunun onun üçün prinsipial məsələ olmadığını vurğulayıb.
Ajans.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, Tehranın danışıqlar masasına qayıdıb-qayıtmaması onun üçün ciddi əhəmiyyət daşımır.
“Onların geri qayıdıb-qayıtmamasının mənim üçün əhəmiyyəti yoxdur. Əgər onlar geri qayıtmasalar, bu, mənim üçün problem deyil”, – deyə ABŞ lideri bildirib.
Mövzular: