İran ABŞ-ni danışıqların pozulmasında GÜNAHLANDIRDI
İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda danışıqların uğursuz başa çatmasına münasibət bildirərək,Tehranın münaqişəyə son qoymaq üçün səylərində "xoş niyyətlə" hərəkət etdiyini bildirib.
Ajans.az xəbər verir ki, Əraqçı bununla bağlı, “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, tərəflər "İslabad razılaşmasından bir neçə addım aralıda" olduqda danışıqlar aşağıdakılarla qarşılayıb: həddindən artıq tələblər, daim dəyişən şərtlər, blokada təhdidləri.
"Heç bir dərs çıxarılmayıb. Xoş niyyət xoş niyyət doğurur; düşmənçilik düşmənçilik doğurur", - deyə, o, qeyd edib.
In intensive talks at highest level in 47 years, Iran engaged with U.S in good faith to end war. But when just inches away from "Islamabad MoU", we encountered maximalism, shifting goalposts, and blockade. Zero lessons earned Good will begets good will. Enmity begets enmity.
— Seyed Abbas Araghchi (@araghchi) April 12, 2026