Reklam resmi
Reklam resmi

Türkiyə XİN Livana hücumları pisləyib

Türkiyə XİN Livana hücumları pisləyib
Dünya

Türkiyə İsrailin Livana qarşı intensivləşən və çox sayda itkiyə səbəb olan hücumlarını pisləyib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.

XİN-dən qeyd edilib ki, sözügedən hücumlar Livandakı humanitar vəziyyəti daha da ağırlaşdırır.

"Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına güclü dəstəyimizi bir daha bildiririk", - Türkiyə xarici siyasət idarəsindən bildirilib.

Mövzular:
livan israil

Digər Xəbərlər