Reklam resmi
Reklam resmi

Bəhreyndə İranın casus şəbəkəsi saxlanıldı- FOTO

Bəhreyndə İranın casus şəbəkəsi saxlanıldı- FOTO
Dünya

Bu gün Bəhreynin Dövlət Prokurorluğu İranın kəşfiyyat orqanları və SEPAH üçün casusluq etməkdə şübhəli bilinən bir qrup şəxsin həbs edildiyini açıqlayıb.

Ajans.az Sky News-a istinadən xəbər verir ki,saxlanılan şəxslər “ölkəyə düşmən olan terror təşkilatlarına, qruplara və qurumlara sadiq” şəxslər olaraq müəyyən edilib. 

İstintaq zamanı məlum olub ki, şübhəlilər İranın kəşfiyyat orqanlarından Krallıqdakı həssas hədəfləri izləmək, məlumat toplamaq və daha sonra mümkün hücumlar üçün informasiya ötürmək tapşırıqları alıblar.

Həbs edilən şəxslər digər potensial casusları müəyyən etmək üçün dindirilir və istintaq hələ də davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Bəhreyn İran

Digər Xəbərlər