Reklam resmi
Reklam resmi

Hindistanda içərisində insanlar olan çarx ÇÖKDÜ- VİDEO

Hindistanda içərisində insanlar olan çarx ÇÖKDÜ- VİDEO
Dünya

Hindistanda keçirilən yarmarka zamanı ağır qəza baş verib. Uttar Pradeş əyalətində yerləşən əyləncə meydançasında içərisində insanların olduğu nəhəng çarx qəfil çöküb.

Ajans.az “The Independent” qəzetinə istinadən xəbər verir ki, təxminən 18 metr hündürlüyündə olan konstruksiya ziyarətçilərin üzərinə aşıb. Hadisə zamanı çarxın içində də insanlar olub.

Polis və xilasedicilər dərhal əraziyə cəlb olunub, xilasetmə əməliyyatına başlanılıb. Hadisə yerinə altı təcili tibbi yardım briqadası göndərilib.

İlkin məlumatlara əsasən, qəza nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Şahidlərin sözlərinə görə, konstruksiya dayaqlarından birinin qırılması nəticəsində qeyri-sabit vəziyyətə düşərək çöküb. İlkin ehtimallara görə, hadisəyə texniki nasazlıq səbəb olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan hadisə

Digər Xəbərlər