Reklam resmi
Reklam resmi

SEPAH-dan Trampın açıqlamasından sonra XƏBƏRDARLIQ

SEPAH-dan Trampın açıqlamasından sonra XƏBƏRDARLIQ
Dünya

“İranın mülki infrastrukturuna hücumlar davam edərsə, İran Silahlı Qüvvələri Yaxın Şərqdəki ABŞ hədəflərinə daha ciddi və genişmiqyaslı zərbələr endirməyə başlayacaq”.

Ajans.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.

“Lap əvvəldən bəyan etmişik ki, mülki obyektlərə qarşı istənilən hücum regionun istənilən nöqtəsində qarşı tərəfin maraqlarına yönəlmiş daha sərt cavabla qarşılanacaq. Mülki hədəflərə hücumlar təkrarlanarsa, növbəti hücum və cavab əməliyyatlarımızın mərhələləri daha sərt və genişmiqyaslı olacaq, belə siyasət davam edərsə, qarşı tərəfin itkiləri və vurulan ziyan dəfələrlə artacaq”, - o bildirib.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı aprelin 6-dək açılmayacağı təqdirdə İranın enerji və mülki infrastrukturuna zərbə endiriləcəyi ilə hədələyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İran SEPAH Hörmüz boğazı Enerji infrastrukturu

Digər Xəbərlər