Reklam resmi
Reklam resmi

Dağıstanda faciə: daşqınların nəticəsində iki nəfər HƏYATINI İTİRİB

Dağıstanda faciə: daşqınların nəticəsində iki nəfər HƏYATINI İTİRİB
Dünya

Dağıstanın Dərbənd rayonunda yerləşən federal magistral yolun bir hissəsində baş verən daşqın faciə ilə nəticələnib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində su səviyyəsinin kəskin yüksəlməsi yolu su altında qoyub. Nəticədə avtomobillər güclü axının təsirinə məruz qalıb.

Respublikanın Regional İdarəetmə Mərkəzinin rəhbəri İsrafil İsrafilov “İnterfaks” agentliyinə bildirib ki, hadisə zamanı avtomobildə olan şəxsləri güclü cərəyan aparıb.

Onun sözlərinə görə, Məmmədqala və Gedjux kəndləri arasında yerləşən magistral hissədə bir neçə avtomobil sel sularına qərq olub. Hadisə həm Dərbənd, həm də Mahaçqala istiqamətində qeydə alınıb.

Xilasetmə əməliyyatı zamanı yeddi nəfər sudan çıxarılıb. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dağıstan hadisə

Digər Xəbərlər