Reklam resmi
Reklam resmi

Paşinyan: Ermənistanda siyasi məhbus YOXDUR

Paşinyan: Ermənistanda siyasi məhbus YOXDUR
Dünya

Ermənistanda demokratik sistem mövcuddur və bəzi şəxslər hətta “həddindən artıq demokratiya”dan şikayət edir.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

Paşinyanın sözlərinə görə, ölkə həbsxanalarında siyasi məhbus yoxdur. O, Putinin Ermənistanın daxili siyasi proseslərinin bəzi iştirakçılarının — o cümlədən Rusiya pasportuna sahib olan və hazırda ev dustaqlığında olan “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın həbsi ilə bağlı qeydinə cavab verib.

Baş nazir vurğulayıb ki, Ermənistanda demokratik institutlar fəaliyyət göstərir. O, həmçinin sosial medianın azad olduğunu və ölkədə hər hansı məhdudiyyətin tətbiq edilmədiyini qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ermənistan

Digər Xəbərlər