Reklam resmi
Reklam resmi

Paşinyana hücum edən şəxs HƏBS OLUNDU

Paşinyana hücum edən şəxs HƏBS OLUNDU
Dünya

Ermənistanda martın 29-da keçirilən liturgiyadan sonra Ermənistanın baş naziri Nikol Paşinyana əl qaldırmağa cəhd edən məktəbli David Minasyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili Armen Melkonyan jurnalistlərə məlumat verib.

"12-ci sinif şagirdinin həbsini zəruri hesab etdilər (Ermənistanda məktəbdə təhsil müddəti 12 ildir - red.)", - deyə Melkonyan bildirib.

O əlavə edib ki, hələ ki məhkəmənin bu qərar üçün əsaslandırması yoxdur, lakin tezliklə dərc olunacaq. Vəkil, həmçinin müdafiə tərəfinin həbs qərarından apellyasiya şikayəti verəcəyini də qeyd edib.

Daha əvvəl Ermənistan İstintaq Komitəsi David Minasyana qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə) üzrə cinayət işinin açıldığını bildirmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nikol Paşinyan Ermənistan

Digər Xəbərlər