Reklam resmi
Reklam resmi

Simonyandan "Artsax" sözü işlədən jurnalistə İRAD: "Qarabağ Azərbaycana məxsusdur"

Simonyandan \"Artsax\" sözü işlədən jurnalistə İRAD: \"Qarabağ Azərbaycana məxsusdur\"
Dünya

Ermənistan parlamentinin sədri Alen Simonyan "Qarabağ" əvəzinə "Artsax" sözünü işlədən jurnalistə sərt cavab verib .

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.

"Niyə "Artsax" deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?" - deyə spiker media nümayəndələrinə iradını bildirib.

Simonyandan bir vaxtlar özünün "Artsax" dediyini soruşduqda, spiker belə cavab verib: "Yanılmışam. O halda, xahiş edirəm, hansısa ölkədə kimsə Yerevanı İrəvan, Sevanı isə başqa cür adlandıranda narahat olmayın".

Jurnalistlərin Sevanın Ermənistan ərazisi olması ilə bağlı şərhlərinə parlamentin spikeri belə cavab verib: "Qarabağ da Azərbaycana məxsusdur".

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Simonyan erməni qarabağ

Digər Xəbərlər